Azedu.az

Yeddi yaşlı oğlunu 2000 metr yüksəklikdə tək qoydu

Hadisə

23 Avqust 2026, 09:10
Yeddi yaşlı oğlunu 2000 metr yüksəklikdə tək qoydu

Yaponiyada 48 yaşlı ata yeddi yaşlı oğlunu Fuci dağında tək qoyduğu üçün töhmət alıb.

AzEdu.az BBC-yə istinadən xəbər verir ki, uşaq yağışlı havada, 2 000 metr yüksəklikdə skamyada oturmuş vəziyyətdə aşkarlanıb.

Məlumata görə, oğlan atası ilə birlikdə dağa qalxıb. Uşaq yorulduğunu deyib. Buna cavab olaraq ata ona "burada gözlə" deyərək yoluna davam edib.

Uşağı aşkarlayan dağ daxmasının əməkdaşları hadisə barədə polisə məlumat veriblər. Oğlanın atası uşağı tərk etdiyi yerdən təxminən üç saatlıq piyada məsafədə müəyyən edilib. Kişi oğlunun yanına qayıdaraq baş verənlərə görə üzr istəyib.

Qeyd edək ki, Fuci Yaponiyanın ən yüksək dağıdır. Dağın hündürlüyü 3 776 metrdir.

Rusiyada soydaşlarımıza SİLAHLI BASQIN: Qandonduran GÖRÜNTÜLƏR
SORĞU
İxtisas seçimində ilk sıraya hansı universiteti yazmısınız?
Səs ver
Son xəbərlərDaha çox