2019-cu ildə ali məktəblərə qəbul aparılacaq ixtisasların sayı açıqlanıb.
Bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı Dövlət İmtahan Mərkəzinin nəşr etdirdiyi "Abituriyent 1" jurnalında dərc olunub.
AzEdu.az xəbər verir ki, 2019-cu ildə ali məktəblərə I qrup üzrə 84 , II qrupa 22, III qrupda isə 27 ixtisas üzrə qəbul aparılacaq.
Həmçinin IV qrup üzrə 18, V qrupda isə 23 ixtisasa qəbul aparılacaq.
Qeyd edək ki, I ixtisas qrupunda informasiya texnologiyaları və sistem mühəndisliyi ixtisası üzrə qəbul aparılmayacaq. Çünki bu ixtisas ləğv edilib, III ixtisas qrupu üzrə isə İslamşünaslıq ixtisası əlavə olunub.