Tailandın Nontaburi əyalətində yerləşən təhsil müəssisəsinin ərazisində baş verən silahlı hücum nəticəsində həyatını itirənlərin sayı 7 nəfərə çatıb.
AzEdu.az xəbər verir ki, bu barədə "Khaosod" nəşri məlumat yayıb.
Qəzetin verdiyi məlumata görə, ölənlər arasında üç müəllim, üç şagird və həyatına son qoyan cinayətkar var. Hadisə zamanı daha 15 nəfər xəsarət alaraq tibb müəssisələrinə yerləşdirilib, onlardan ikisinin vəziyyəti ağır qiymətləndirilir.