Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-26 16:22:54
Universitetlərin “apelyasiya əməliyyatı” – Bal artırarkən tələbəni süründürən və razı salan ali məktəblərimiz  

AzEdu.az apelyasiya prosesi ilə bağlı tələbələr arasında sorğu keçirib

Bəzi universitetlərdə tələbəyə lazım olan bir, yaxud, bir neçə apelyasiya  balı problemsiz artırıldığı halda, bəzilərində süründürməçilik halları yaşanır.

Bəzən isə ümumiyyətlə, bal artırılmır.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin IV kurs tələbəsi Süleymanova Aygün apelyasiyaya müraciət etməsə də, universitetlərində lazımı balı çox çətinliklə artırıldığını deyir:

“Düzünü desəm, mən heç vaxt apelyasiyaya müraciət etməmişəm. Tanıdıqlarımdan bir neçə nəfər müraciət etmişdi.  Onları da çox get-gələ saldılar. Zərbəçilik, ya  əlaçılıq üçün lazım olan 1 balı çox çətinliklə verirlər”.

Bakı Dövlət  Universitetinin III kurs tələbəsi Hacıyeva Yetər  isə apelyasiya zamanı heç bir problem yaşanmadığını deyir:

“Başqa fakültələri deyə bilmərəm, amma bizdə apelyasiya zamanı demək olar ki, problem yaranmır. Zərbəçilik ya əlaçılıq üçün lazım olan 1-2 balı heç bir çətinlik yaratmadan  verirlər”.

Azərbaycan Neft və Sənaye Universitetinin III kurs tələbəsi Hüseynzadə Aytac deyir ki, onların universitetində deməkolar, bu cür bal verilmir. Əgər hər hansı müəllim bal artırarsa, bu onun özü üçün problem yaradar:

“Bizim universitetdə apelyasiyaya müraciət edərək, bal qaldırmaq demək olar, mümkün deyil. Universitet müəllimlərinə tam inanır və əgər bir müəllim digərinin yazdığı qiyməti bir bal artırarsa bu zaman həmin müəllimə problem yaranır. Mən birinci kursda oxuyan zaman belə bir qərar var idi ki əgər bir tələbənin bütün qiymətləri A olarsa, bu zaman  yalnız bir fəndən 90 alırsa bu zaman həmin 90 bal avtomatik artırılaraq, 91 bal-yəni A səviyyəsinə çatdırılır.  Sonradan bu qərar da ləğv olundu.”

Azərbaycan Texniki Universitetinin IV kurs tələbəsi Süleymanova Ayşə də apelyasiyaya müraciət etməyib. Amma universitetlərində apelyasiya zamanı süründürməçilik hallarının çox olduğunu deyir:

“Hələkiapelyasiyalıq işim olmasa da, müraciət edən tanışlarımdan  deyə bilərəm ki, bizdə apelyasiya zamanı süründürməçilik  çox olur. Lazım olan balı çox çətinliklə yazırlar. Tələbəni çox get-gələ salırlar”.

Azərbaycan Dillər Universitetinin III kurs tələbəsiQuluzadə Günel bu yaxınlarda apelyasiyaya müraciət edib və heçbir problem yaşamadığını bildirib:

“Mən keçən imtahan nəticələrinə görə apelyasiyaya müraciət etdim. Məlum oldu ki, müəllimə xəttimə görə balımı aşağı yazıbmış. Apelyasiya zamanı heç bir problem olmadı. İşimi yoxlayan müəllim mövzularla bağlı suallar verdi və lazım olan balı yazdı. 

Gəncə Dövlət Universitetinin III kurs tələbəsi Mahmudova Asiman çox bala ehtiyac olmadığı halda apelyasıyada çox da böyük problem yaşanmadığını deyir: 

“Apelyasiyaya müraciət etdikdə, işimizə baxılır, bir iki bala ehtiyac varsa qiymətləri çox da çətinlik yaratmadan qaldırırlar. Amma yuxarı bal lazım olduqda işi çətinə salırlar.”

Digər bir ADU tələbəsi Məmmədova Səma da universitetlərindəkiapeliyasiya  prosesindən razıdır: 

“ Apelyasiyaya bu il yox, keçən il müraciət etmişdim. Elə bir çətinliklə rastlaşmadım. İki müxtəlif fəndən müraciət etmişdim. Birində müəllimin balımı səhv hesabladığı məlum oldu, digərində isə heç bir süründürməçilik, çətinliklə qarşılaşmadım. Ümumiyyətlə, bizim universitetdə apelyasiya zamanı layiq olan hər kəsin balı qaldırılır.”

Rəna Nəbi