Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-26 11:59:00
Dövlət qulluğunun müsahibə mərhələsində 27 namizəd uğur qazandı

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2018-ci il noyabrın 27-də elan olunmuş dövlət qulluğu üzrə müsabiqənin müsahibə mərhələsi davam edir.

DİM-dən  AzEdu.az-a  bildiriblər ki, 11 dövlət orqanında dövlət qulluğu vəzifələrinin A (2 vəzifə) və B (64 vəzifə) növlərinə aid olan 66 vakant vəzifənin tutulması üçün elan edilmiş müsahibədə iştirak üçün qeydiyyat ötən il dekabrın 27-də yekunlaşıb və 235 nəfərin müraciəti qeydə alınıb. Yanvarın 26-na olan məlumata görə, müsahibədə iştirak edən 27 namizəd seçdikləri vəzifələrə uyğun bilinib.

Dövlət qulluğu üzrə müsabiqənin müsahibə mərhələsi yanvarın 28-də başa çatacaq.

Xatırladaq ki, dövlət orqanları arasında ən çox vakant vəzifə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi (14 vəzifə) tərəfindən təqdim olunub. Ümumilikdə müsahibəyə çıxarılmış 66 vakant vəzifənin 1-i 4-cü təsnifata, 13- ü 5-ci təsnifata, 11-i 6-cı təsnifata, 41-i isə 7-ci təsnifata aid olmaqla, 2-si AB, 12-si BA, 52-si isə BB vəzifə qrupuna aiddir.