Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-24 16:20:16
Repetitorluq qadağan edilir? – Komitə sədrindən açıqlama

“Təhsildə repetitor institunu ancaq keyfiyyətli təmayüllü qruplar sıradan çıxara bilər. Bazar münasibətidir, hansı daha güclü olacaqsa, o da qalib gələcək”.

AzEdu.az xəbər verir ki, bunu Milli Məclisin elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli komitənin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, bu gün təhsil qanunverciliyində repetitorluğu nə qadağan, nə də fəaliyyətini dəstəkləyən müddəa var.

“Biz təhsil ocaqlarında repetitorluqdan daha çox təmayüllü qrupların yaradılmasına üstünlük veririk. Təmayüllü qrupların formalaşması üçün 15 nəfər tələb olunduğu halda, biz onun 15-dən az olduğu təqdirdə fəaliyyət göstərməsinə dəstək veririk. Biz təamyüllü qrupların yaradılmasını dəstəkləyirik və bunu məqsəduyğun hesab edirik”, – komitə sədri deyib.

Komitə sədri deyib ki, indi əsas məsələ təmayüllü qruplarda dah keyfiyyətli təhsilin verilməsinə nail olmaq lazımdır.

“Əgər təmayüllü qruplar repetitorluqdan daha keyfiyyətli təhsil verəcəksə, repetitorluq institutuilə mübarizədən qalib çıxacaq və özünü qoruyub saxlayacaq. İndi hər şeyi bazar müəyyən edir. Bazar münasibətinə görə, kim daha keyfiyyətli təhsil verəcəksə. O da həyata vəsiqə qazanacaq. Bütün bunlara baxmayaarq biz təmayüllü qrupların fəaliyyətinə daha çox üstünlük verəcəyik”, – komitə sədri deyib.