Azedu.az

Ağdamda məktəbli Bərdə sakininə qoşulub qaçdı-YENİLƏNİB

Hadisə

10 İyun 2026, 00:25
Ağdamda məktəbli Bərdə sakininə qoşulub qaçdı-YENİLƏNİB

Polis Bərdə sakininə qoşulub qaçan yetkinlik yaşına çatmayan qızın yerini müəyyən edərək ailəsinə qaytarıb.

AzEdu.az xəbər verir ki, Ağdam rayon sakini iyunun 9-da polisə müraciət edərək yetkinlik yaşına çatmayan qız övladının itkin düşməsi barədə məlumat verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Regional Qrupundan bildirilib ki, onun yeri Bərdə rayonunda müəyyən edilib. O, polis orqanına gətirilərək ailəsinə təhvil verilib.

Araşdırmalar aparılır.

***

Saat 23:11

Ağdamda 10-cu sinif şagirdi Bərdə sakininə qoşulub qaçıb.

AzEdu.az xəbər verir ki, hadisə rayonun Əhmədağalı kəndində baş verib.

Müşfiq Hüseynov adına Əhmədağalı kənd tam orta məktəbin şagirdi L.S.M. tanışı olan Bərdə rayon sakininə qoşularaq qaçıb.

Qeyd olunur ki, L.M. hadisədən cəmi 3 gün əvvəl 15 yaşını tamamlayaraq 16 yaşa qədəm qoyub.

Hazırda faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma başlanılıb.

(Teleqraf)

TƏCİLİ! İrana DƏHŞƏTLİ HÜCUM hazırlığı başladı
Son xəbərlərDaha çox