Azedu.az

Azərbaycanda 16 yaşdan aşağı şəxslərə sosial şəbəkə qadağan edilir

Maraqlı

5 İyun 2026, 19:12
Azərbaycanda 16 yaşdan aşağı şəxslərə sosial şəbəkə qadağan edilir

16 yaşdan kiçiklərin sosial şəbəkələrdən istifadəsi məhdudlaşdırılır, platformalara böyük cərimələr tətbiq ediləcək

AzEdu.az Modern.az-a istindən xəbər verir ki, məsələ Milli Məclisin İnsan hüquqları, Ailə qadın və uşaq məsələləri və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin iyunun 8-i keçiriləcək birgə iclasında müzakirəyə çıxarılacaq “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihələrində əksini tapıb.

Belə ki, layihəyə əsasən, 16 yaşı tamam olmamış şəxslərin yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarında fərdi rəqəmsal hesab yaratmasına icazə verilməyəcək.

Layihəyə görə, 16-18 yaş arası istifadəçilər üçün əlavə təhlükəsizlik mexanizmləri tətbiq olunacaq, onların hesabları üzərində valideyn nəzarəti genişləndiriləcək, zərərli məzmunların qarşısının alınması üçün platformalar xüsusi rəqəmsal həllər tətbiq etməli olacaq.

Sosial şəbəkə platformaları istifadəçilərin yaşını yoxlamaq üçün texniki vasitələr tətbiq etməli, toplanan məlumatları saxlaya və ya kommersiya məqsədləri üçün istifadə edə bilməyəcəklər.

Qanun layihəsi xarici sosial şəbəkə platformaları üçün də yeni tələblər müəyyən edir. Belə ki, Azərbaycanda fəaliyyət göstərən platformalar yerli qeydiyyatdan keçməli, dövlət qurumlarının sorğularını cavablandırmalı və əlaqə mərkəzi yaratmalıdır.

Tələblərin pozulmasına görə platforma provayderləri üçün minlərlə manatlıq cərimələr nəzərdə tutulur. Təkrar pozuntular zamanı vəzifəli şəxslər 10 min manatadək, hüquqi şəxslər isə 50 min manatadək cərimələnə biləcək.

Layihənin keçid müddəalarına əsasən, qanun dərc edildiyi gündən 12 ay sonra qüvvəyə minəcək. Platformalar bu müddət ərzində yaş yoxlama sistemlərini qurmalı, qanun qüvvəyə mindikdən sonra isə 16 yaşdan aşağı istifadəçilərin hesablarını məhdudlaşdırmalı və ya silməlidirlər.
 

TƏCİLİ! Azərbaycanlıların olduğu gəmilər vuruldu - Ö*LƏNLƏR VAR
Son xəbərlərDaha çox