Azedu.az

Qabiliyyət imtahanlarında neçə komissiya seçmək olar? - RƏSMİ

Qabiliyyət imtahanları

23 May 2026, 14:20
Qabiliyyət imtahanlarında neçə komissiya seçmək olar? - RƏSMİ

Mayın 21-dən etibarən 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin V ixtisas qrupu və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qeydiyyata start verilib.

Qeydiyyat idman, təsviri sənət, musiqi sənəti, eləcə də teatr, kino və xoreoqrafiya sənəti istiqamətlərini əhatə edir.

Qabiliyyət imtahanları ilə bağlı şagirdlərin ən çox ünvanladığı suallardan biri də “Bir neçə komissiya üzrə qeydiyyatdan keçmək mümkündürmü?” sualıdır.

AzEdu.az-ın Dövlət İmtahan Mərkəzindən (DİM) əldə etdiyi məlumata görə, abituriyentlər ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə yalnız bir istiqamət daxilində maksimum 4 komissiya üzrə qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, qeydiyyat iyunun 1-dək davam edəcək.

İran Bakını HƏDƏLƏDİ - Zəngəzuru unudun, yoxsa...
Son xəbərlərDaha çox