Azedu.az

Magistraturada informatika fənni - keçən illə müqayisədə necə dəyişib?

Xəbərlər

19 May 2026, 17:23
Magistraturada informatika fənni - keçən illə müqayisədə necə dəyişib?

17 may tarixində keçirilən magistr imtahanında informatika fənni üzrə düşən sualların səviyyəsi və məzmunu müəllimlər tərəfindən qiymətləndirilib.

Mütəxəssislər sualların ötən illə müqayisədə həm oxşar, həm də müəyyən yeni yanaşmalarla seçildiyini bildirirlər.

Maraqlıdır, keçən illə müqayisədə builki informatika fənni üzrə imtahan arasında hansı əsas fərqlər müşahidə olunub?

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən informatika müəllimi Əmrah Əhməd qeyd edib ki,17 may tarixində keçirilən imtahanda İnformatika fənnindən düşmüş suallar ötən illə müqayisədə daha maraqlı və düşündürücü idi:

183436

"Xüsusilə ofis proqramlarından verilən praktiki suallar, sualların tərtibində müəllimlərin bu sahəyə verdiyi diqqətin müsbət göstəricisi kimi qiymətləndirilir. Əsasən suallar ofis proqramları, şəbəkə və informasiya təhlükəsizliyi mövzularını əhatə edib.

İlk dəfə bu il informasiya təhlükəsizliyi mövzusuna dair sualın daxil edilməsi tələbələrin bu sahə üzrə biliklərinin genişlənməsinə töhfə verib. Tələbələr üçün çətinlik yaradan əsas məqam isə riyazi yönümlü suallar olub".

İnformatika müəllimi Yadigar Əliyev bildirib ki, builki magistr informatika sualları keçən illə müqayisədə ciddi şəkildə fərqlənmirdi:

183435

"Ümumi struktur və mövzu bölgüsü demək olar ki, eyni qalıb. Əsas dəyişiklik daha çox sualların təqdimat formasında hiss olunub, lakin məzmun baxımından ciddi yenilik qeydə alınmayıb.

Ənənəvi olaraq, informatikanın baza mövzuları (ofis proqramları və əməliyyat sistemi) suallarda sayca üstünlük təşkil edib. Çətinlik yaradan məqamlar isə əsasən vaxtın düzgün idarə olunması və diqqət tələb edən analiz tipli suallar olub. Ümumilikdə isə builki imtahan əvvəlki illə müqayisədə eyni səviyyədə qiymətləndirilir".

Rusiyada DƏHŞƏTLİ OLAY - Çoxlu Ö"LÜ və yaralılar var
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox