Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-21 17:49:12
Macarıstanda təhsillə bağlı ən çox verilən suallar – Cavablar  

Macarıstan keyfiyyətli təhsil, yaşam tərzi baxımından bir çox tələbələri cəlb edir.

Son illərdə burada təhsil almaq istəyənlərin sayı artmaqdadır.

AzEdu.az  Macarıstanda təhsillə bağlı sual və cavabları təqdim edir. Sualları CELT xaricdə təhsil mərkəzinin Macarıstanda təhsil üzrə koordinatorlarıcavablandırır.

-IELTS nəticəm olmadan Macarıstanda oxuya bilərəm? İngilis dilini “intermediate”  səviyyəsində bilirəm. Debresten Universitetində “pre-engineering” (mühəndislik) təhsili alıb sonra  “computerscience” (kompüter elmləri) fakültəsində oxuya bilərəmmi?

-Əlbəttə… Bir  il hazırlıq daha sonra bakalavr dərəcəsində oxuyacaqsınız.

-ADNSU-da elektroenergetika mühəndisliyi üzrə bakalavr təhsili alıram. Magistr təhsilimi isə Macarıstanın Debresten  Universitetində almaq istəyirəm.Bilmək istərdim ki, magistr təhsilim bakalavr dərəcəsinə tam uyğun olmalıdır?

-Nisbətən uyğun olmalıdır. Amma tam olaraq uyğun olmasa belə universitetə qəbul ola bilərsiniz.

-Macarıstanda hansı universitetlər tibb təhsili verir? Oraya necə qəbul olmaq mümkündür? ödəniş şərtləri necədir?

-Macarıstanın bir neçə tibb təhsili verən universitet var. Ölkədə Pecs, Szeged, Debreçen kimi universitetlər tibb təhsili verən ali təhsil müəssisəsidir. Universitetə  qəbul olmaq üçün ya hazırlıq oxumalısınız ya da Macarıstana gedərək imtahan verməlisiniz. Təhsil haqqı 15-min dollar civarındadır.

-Budapeştdə hansı universitetlər iqtisadiyyatixtisası üzrə  ən yaxşı təhsil verir? 

-Budapeştdə ən yaxşı universitetlər arasında Corvinus və BudapestBusinessSchooldur. Budapeştdən əlavə Szeged şəhərində də güclü iqtisadiyyat ixtisası üzrə təhsili verən universitetlər var.

-Macarıstanda pulsuz və təqaüdlü bakalavr proqramı var?

-Bəli, var. Amma öncə universitetə qəbul olmalısınız. 

-Xarici universitetlərə qəbul olduqdan sonra təhsil haqqının hamısını öncədən ödəmək lazımdır?  Təhsil haqqını hissə-hissə  ödəmək mümkündür?

-Təhsil haqqının  hamısını öncə və ya hissə-hissə ödəmək universitetdən aslıdır. Bəziləri  təhsil haqqını öncədən, bəziləri ildə bir neçə dəfə, bəziləri isə hər ay istəyir.

-Macarıstanda magistr təhsili almaq istəyirəm. Orada orta səviyyəli universitetlərdə təhsil haqqı nə qədərdir?

-Macarıstanda magistr pilləsində təhsil haqqı ixtisasdan asılı olaraq dəyişir.  Təhsil haqqı 4000-dən 7000 avroya kimidir.  Ölkədə yaşayış xərci aylıq 400-500 avro civarındadır.

Günel Yaşarqızı
Müəllifin digər yazıları