Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-21 13:33:00
Ədəbiyyatdan qəbul proqramına salınan yeni mövzular – Fikrət Qoca, Eyvaz Zeynalov...  

“Qəbul proqramında əvvəlki illərlə müqayisədə daha çox fərq Ədəbiyyat fənnində özünü göstərir. Bir sıra yeni mövzular və Fikrət Qoca, Qılman İlkin, Eyvaz  Zeynalov, ErnestHeminquey, İvanKrılov və s. kimi mütəfəkkirlər də proqrama daxil edilib”

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi deyib. Onun sözlərinə görə, əvvəlki illərlə müqayisədə qəbul proqramında bir sıra fərqlər var:

“Daha çox fərq Ədəbiyyat fənnində özünü göstərir. Bir sıra yeni mövzular və Fikrət Qoca, Qılman İlkin, Eyvaz Zeynalov, ErnestHeminquey, İvan Krılov və s. kimi mütəfəkkirlər də proqrama daxil edilib.

Xatırladaq ki, “Abituriyent” jurnalının 1-ci nömrəsi nəşr olunub. Jurnalın bu nömrəsində ali təhsil müəssisələrinə tələbə qəbulu qaydaları, I,II,III və IV ixtisas qruplarına daxil olan fənlər üzrə yeni təhsil proqramları (kurikulumlar) və yeni dərsliklər əsasında hazırlanmış qəbul imtahanı proqramları, ədəbiyyat siyahısı, fənlər üzrə tapşırıq nümunələri, balların hesablanma qaydası, xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul elanları və digər zəruri materiallar dərc olunub.

 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları