Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-01 08:52:25
Məktəbəqədər təhsilə ayrılan vəsaitlərin həcmi artıb

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) hesabatlarında, xüsusi ilə son 10 il ərzində məktəbəqədər təhsil üçün ayrılan vəsaitin artdığı vurğulanır. Əksər ölkələrdə ibtidai məktəbdən əvvəl, bir ya da iki il müddətində pulsuz təhsil verilir.

AzEDU OECD-nin hesabatından bəzi məqamları təqdim edir:

OECD-ə üzv olan ölkələrin çoxunda məktəbəqədər təhsilə cəlb olunan 4-5 yaşlı uşaqlar 90 faizdən çoxdur. Ancaq ölkələrin təhsilə baxış bucağı və ayrı-ayrı hüquqi aktlar bəzi fərqliliklər yaradır. Məsələn, Norveç və Almaniyada təhsil 1-5 yaşı əhatə edərkən, başqa ölkələrdə təhsil yaşı yüksəkdir.

Müxtəlif ölkələrdə həftəlik dərs saatları da dəyişir. Norveçdə həftədə 41 saat dərs tədris olunduğu halda, Fransada məktəbəqədər təhsil 24 saatdır. Avstriyada ibtidai sinifdən bir il əvvəl 16-20 saatlıq, Şotlandiyada isə 3-4 yaşlılara cəmi 16 saatlıq məktəbəqədər təhsil qanunidir.

Dərs saatlarının bəzi ölkələrdə çatışmazlığı ilə yanaşı narahatlıq yaradan digər fakt 3-dən aşağı yaşı olan uşaqlara verilən təhsildir. OECD ölkələrində 3 yaşda təhsilə cəlb olunan uşaqların sayı 2006-2014-cü illərdə 29 faizdən 35 faizə qədər yüksəlib. Bir çox ölkələrdə 0-2 yaşlı uşaqları olan ailələrə evdə təhsil üçün şərait yaradılır və ya xüsusi hazırlanan oyun sahələri verilir. Son illərdə bu məsələ ilə bağlı xeyli işlər görülməsinə baxmayaraq, məktəbəqədər təhsildə ən yaxşı göstəriciyə malik Danimarkada 1 yaşdan yuxarı uşaqların 40 faizi ailə dəstək xidmətlərindən yararlanır.