Azedu.az

Qaz sızması nəticəsində müəllim və 14 şagird zəhərlənib

Müəllimlər və elm adamları

Şagirdlər

6 May 2026, 17:04
Qaz sızması nəticəsində müəllim və 14 şagird zəhərlənib

Rusiyanın Omsk vilayətinin Tara şəhərində boru kəməri işləri zamanı qaz sızması nəticəsində məktəblilər zəhərləniblər.

AzEdu.az Rusiya mətbuatına istinadən bildirir ki, bu barədə bölgənin qubernatoru Vitali Xotsenko açıqlama verib.

Məlumata görə, qaz sızması zamanı yaxınlıqda ekskursiyada olan məktəblilər zərər görüblər.

Regional prokurorluq qazdan ümumilikdə 15 nəfərin zəhərləndiyini bəyan edib. Bunlardan 14-ü şagird, biri müəllimdir.

Yeddi nəfər yüngül xəsarətlərlə xəstəxanaya yerləşdirilib, digərlərinə ambulator yardım göstərilib.

Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi
Son xəbərlərDaha çox