Azedu.az

Özəl məktəblərdə şagird sayı 5 DƏFƏ ARTIB

Müəllimlər və elm adamları

Şagirdlər

28 Avqust 2026, 12:06
Özəl məktəblərdə şagird sayı 5 DƏFƏ ARTIB

Azərbaycanda qeyri-dövlət ümumi təhsil müəssisələrinin sayı və burada təhsil alanların sayı son 20 ildə əhəmiyyətli dərəcədə artıb.

AzEdu.az xəbər verir ki, bu barədə məlumat Dövlət Statistika Komitəsinin “Azərbaycanda uşaqlar” statistik məcmuəsində qeyd olunub.

Məlumata görə, 2005/2006-cı tədris ilində ölkədə 12 qeyri-dövlət ümumi təhsil müəssisəsi fəaliyyət göstərdiyi halda, 2025/2026-cı ildə onların sayı 35-ə çatıb.Qeyri-dövlət məktəblərində təhsilalanların sayında isə daha böyük artım qeydə alınıb. Belə ki, 2005/2006-cı tədris ilində özəl ümumi təhsil müəssisələrində 5049 nəfər təhsil alırdısa, 2025/2026-cı tədris ilində bu rəqəm 25 875 nəfərə yüksəlib. Bu, təxminən 5,1 dəfə artım deməkdir.

Artım əsasən tam orta məktəblərdə təhsilalanların sayının çoxalması hesabına baş verib. 2005/2006-cı tədris ilində tam orta məktəblərdə 5049 nəfər təhsil aldığı halda, 2025/2026-cı ildə bu göstərici 25 672 nəfərə çatıb.
Qeyri-dövlət ümumi orta məktəblərində təhsilalanların sayı isə 2010/2011-ci ildə 255 nəfər olduğu halda, 2025/2026-cı ildə 203 nəfər təşkil edib.

İbtidai məktəblər üzrə isə yalnız 2015/2016-cı tədris ilində göstərici qeydə alınıb. Həmin il qeyri-dövlət ibtidai məktəbində 204 nəfər təhsil alıb.Özəl məktəblərdə müəllimlərin sayı da əhəmiyyətli dərəcədə artıb. 2005/2006-cı tədris ilində qeyri-dövlət ümumi təhsil müəssisələrində 818 müəllim çalışdığı halda, 2025/2026-cı ildə onların sayı 3829 nəfərə yüksəlib.

Beləliklə, 20 il ərzində qeyri-dövlət məktəblərində müəllimlərin sayı 3011 nəfər, yəni 4,7 dəfə artıb.
Qeyri-dövlət tam orta məktəblərinin sayı da 2005/2006-cı ildəki 12-dən 2025/2026-cı ildə 34-ə yüksəlib. İbtidai məktəblərin sayı isə yalnız 2015/2016-cı ildə 1 olub.

Qeyd edək ki, təqdim olunan göstəricilər dövlət və qeyri-dövlət ümumi təhsil müəssisələri üzrə 2000/2001–2025/2026-cı tədris illərini əhatə edir.

Rusiya Bakıya hədə-qorxu gəldi - Hazırlaşın, sizə də...
SORĞU
İxtisas seçimində ilk sıraya hansı universiteti yazmısınız?
Səs ver
Son xəbərlərDaha çox