https://www.zirve.edu.az/
01.04.2018 08:03
Azərbaycan məktəblərində MÜNAQİŞƏLƏR - Sayı AÇIQLANDI

2018-ci il ərzində məktəblərdə münaqişələrin sayı 35-ə çatıb.

AzEDU xəbər verir ki, “Məktəblinin dostu” layihəsi çərçivəsində orta təhsil müəssisələrində qeydə alınan münaqişələrin siyahısı açıqlanıb.

Şagirdlər arasında 2016-2017-ci ildə 757, 2017-2018-ci tədris ilində isə 615 münaqişə baş verib. Məktəblərə 2086 ilkin tibbi yardım və 104 dəfə təcili tibbi yardım çağrılıb.

Qeyd edək ki, bu layihəni Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi həyata keçirir.

“Məktəblinin dostu” layihəsinin əsas vəzifələri müəllim və şagirdlər üçün təhlükəsiz mühit yaratmaq, ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, müəllim, təlim-tərbiyə müəssisələrinin kollektivi və rəhbərliyi ilə maarifləndirmə və diaqnostik  işlərin aparılmasıdır. Bununla yanaşı, “Məktəblinin dostu” hər bir yaş mərhələsində uşaqların hərtərəfli şəxsi keyfiyyətlərinin və intellektual inkişafının təmin olunması, onlarda özünütərbiyə və özünüinkişaf bacarığının formalaşdırılmasında iştirak edir.