Azedu.az

Ekspert sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək

21 Aprel 2026, 11:17
Ekspert sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək

26 aprel 2026-cı il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyən Aqrar Sığorta Fondunun keçirdiyi təlimləri müvəffəqiyyətlə başa vurmuş namizədlər üçün test imtahanı keçiriləcək. 

AzEdu.az -a bu barədə DİM -dən məlumat verilib.

İştirakçılar "İmtahana buraxılış vərəqəsi"ni buradan çap edə bilərlər.

İmtahan DİM-in elektron imtahanlar korpusunda kompüterlər vasitəsilə keçiriləcək.

İmtahana qeydiyyat 10 mart – 16 aprel 2026-cı il tarixlərində aparılıb və bu müddət ərzində 23 namizəd müraciət edib. 

İmtahan saat 11:00-da başlanır. Saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmırlar. 

İmtahana gələrkən namizədlər "İmtahana buraxılış vərəqəsi" və şəxsiyyət vəsiqəsinin əslini mütləq təqdim etməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya onlar arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq.

Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox