Azedu.az

Qayda pozan şagirdlərə ikinci şans verilirmi? - DİM AÇIQLADI

Dövlət İmtahan Mərkəzi

22 Aprel 2026, 09:21
Qayda pozan şagirdlərə ikinci şans verilirmi? - DİM AÇIQLADI

Buraxılış imtahanları zamanı qaydaların pozulması ilə bağlı hallar hər il müzakirə mövzusuna çevrilir. Xüsusilə şagirdlərin üzərində mobil telefon və ya digər qadağan olunmuş vasitələrin aşkarlanması onların imtahandan uzaqlaşdırılması ilə nəticələnir. 

Belə hallarla üzləşən 9-cu sinif şagirdləri gələcəkdə 11-ci sinif buraxılış imtahanında iştirak edə bilirlərmi?Ümumiyyətlə, imtahandan uzaqlaşdırılan şagirdlərə yenidən imtahan vermək imkanı yaradılırmı? 

Mövzu ilə bağlı AzEdu.az Təhsil Portalı Dövlət İmtahan Mərkəzinə (DİM) sorğu ünvanlayıb. 

DİM-dən sorğumuza cavab olaraq bildirilib ki, imtahan zamanı 9-cu sinif şagirdindən əgər telefon aşkarlanıbsa və imtahandan xaric olunubsa, attestatında buraxılış imtahanı qiyməti yerinə 0 bal yazılır:

"Ancaq şagirdin həmin fənn üzrə məktəbdə də qiymətləndirilməsi aparılır. Sonra isə yekun illik qiymətlər yazılır. Yəni şagird təhsilini davam etdirirsə, 10-cu, sonra 11-ci sinifdə oxuyur və əlbəttə 11-ci sinif buraxılş imtahanında da iştirak edir.

11-ci sinif imtahanında da telefon aşkarlanıbsa, şagird yenidən imtahan vermir, attestatında buraxılış imtahanı qiymətləri yerinə 0 bal yazılır",- deyə məlumat verilib.

Qeyd edək ki, aprelin 5-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilmiş buraxılış imtahanında 4, aprelin 12-də  keçirilən buraxılış imtahanında isə 3 nəfərdə mobil telefon aşkar edildiyi üçün imtahandan xaric edilib. Növbəti buraxılış imtahanı aprelin 26-da keçiriləcək.

Həmçinin 9 mart tarixində keçirilmiş tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılışda imtahan qaydalarını pozduğu üçün 12 nəfər imtahandan xaric olunub.

Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!
SORĞU
Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?
Səs ver
Son xəbərlərDaha çox