Azedu.az

DİM-də praktik təlim keçirilib

Dövlət İmtahan Mərkəzi

20 Aprel 2026, 11:06
DİM-də praktik təlim keçirilib

16 – 17 aprel 2026-cı il tarixlərində Dövlət İmtahan Mərkəzinin əməkdaşları üçün GIZ, SIGMA və Avropa CAF Resurs Mərkəzinin təşəbbüsü ilə Ümumi Qiymətləndirmə Çərçivəsi (CAF – Common Assessment Framework) layihəsinin üçüncü mərhələsi üzrə növbəti vörkşop təşkil olunub. Vörkşop bu sahədə təcrübəli beynəlxalq ekspert Nick Thijs tərəfindən aparılıb.

AzEdu.az xəbər verir ki, CAF modeli çərçivəsində müəyyən edilmiş təkmilləşdirmə istiqamətləri üzrə ümumi razılıq əldə olunub və prioritet sahələr seçilib.

Növbəti icra mərhələsi üçün isə real və yüksək təsir imkanına malik fəaliyyət istiqamətləri üzrə vahid yanaşma formalaşdırılıb.

Bu mərhələnin tamamlanması ilə Dövlət İmtahan Mərkəzi CAF yol xəritəsinin tərtib olunmasını yekunlaşdıraraq ölkədə bu modeli aktiv şəkildə tətbiq etməyə hazırlaşan ilk dövlət qurum olub və sertifikatla təltif edilib.

Qeyd edək ki, CAF modeli Avropa ölkələrində dövlət qurumlarında səmərəli, şəffaf və keyfiyyətə əsaslanan idarəetmənin təşviqi məqsədilə geniş şəkildə tətbiq olunur. Layihənin əvvəlki mərhələlərində özünüqiymətləndirmə qrupunun üzvləri üçün intensiv təlimlər, ardınca isə konsensus vörkşopu keçirilib.

Azərbaycanın milyardları bu MƏMURLARIN CİBİNDƏ! - ŞOK SİYAHI
SORĞU
Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?
Səs ver
Son xəbərlərDaha çox