Azedu.az

PMS üzrə imtahan keçiriləcək

Dövlət İmtahan Mərkəzi

19 Aprel 2026, 09:40
PMS üzrə imtahan keçiriləcək

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) peşəkar mühasib sertifikatı (PMS) imtahanının I mərhələsini (mühasibat uçotu üzrə) keçirəcək.

DİM-dən AzEdu.az-a bildirilib ki, imtahan vermək üçün 606 (KOSS – 71, MHBS - 394, İSMUBS - 141) nəfər müraciət edib.

İmtahan Bakıda DİM-in elektron imtahanlar korpusunda təşkil ediləcək və saat 11:00-da başlanacaq. Saat 10:45-dən sonra gələn namizədlər imtahan binasına buraxılmayacaq. İmtahan binasına mobil telefon, ağıllı saat və digər rabitə vasitələri, kalkulyator və digər elektron cihazlar, konspekt, lüğət, cədvəl, pozan, çanta, məlumat kitabçası, xarici yaddaş qurğuları və başqa yardımçı vasitələr gətirmək qadağandır.

Üç saat davam edəcək namizədlərə 40 test tapşırığı təqdim olunacaq. Qapalı tipli test tapşırıqlarından 20-si 1 balla, 10-u 2 balla, açıq tipli test tapşırıqlarından 8-i 5 balla, 2-si 10 balla qiymətləndirilir.

Namizədlər imtahana şəxsiyyəti təsdiq edən sənədin əslini (şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu) və imtahana buraxılış vərəqəsini gətirməlidirlər.

Ölkə bu xəbərlə SİLKƏLƏNİR: Baş nazirin GİZLİ MİLYONLARI ifşa edildi
SORĞU
Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?
Səs ver
Son xəbərlərDaha çox