Azedu.az

DİM-in imtahana qeydiyyat sistemində problem yaşanıb? - CAVAB

16 Aprel 2026, 10:40
DİM-in imtahana qeydiyyat sistemində problem yaşanıb? - CAVAB

Xəbər verdiyimiz kimi, I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının II mərhələsinin I cəhdində iştirak etmək istəyən abituriyentlər 2026-cı il aprelin 16-dan 29 aprel saat 23:59-dək şəxsi kabinetlərinin istifadəçi adı və parolu ilə DİM-in müvafiq internet səhifəsinə (//eservices.dim.gov.az/erizebak/cehd1/) daxil olaraq imtahan verəcəkləri ixtisas qrupunu seçib qeydiyyatdan keçməlidirlər.

Bəzi abituriyentlər sistemdə bütün məlumatların tam yerləşdirilmədiyini və qeydiyyat prosesində problem olduğunu bildirirlər.

AzEdu.az məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzi (DİM) ilə əlaqə saxlayıb.

DİM-dən cavab olaraq bildirilib ki, qeydiyyat prosesi davam edir və artıq 702 nəfər seçimlərini təsdiqləyib. Statistik göstəriciləri “Statistika” bölməsindən izləmək mümkündür.

Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox