Azedu.az

Şanlıurfada məktəb hücumu ilə bağlı 16 nəfər saxlanıldı

Hadisə

16 Aprel 2026, 08:46
Şanlıurfada məktəb hücumu ilə bağlı 16 nəfər saxlanıldı

Türkiyə Təhlükəsizlik Baş İdarəsi Şanlıurfa vilayətinin Siverek rayonundakı Ahmet Koyuncu Peşə və Texniki Anadolu Liseyində baş verən silahlı hücumla əlaqədar 16 şübhəlinin saxlanıldığını açıqlayıb.

Bu barədə AzEdu.az "Haber Global"a istinadən xəbər verir.

"14 aprel 2026-cı ildə Şanlıurfa vilayətinin Siverek rayonundakı Ahmet Koyuncu Peşə və Texniki Anadolu Liseyində baş verən silahlı hücumla bağlı araşdırmalar çərçivəsində 16 şübhəli saxlanılıb. Şübhəlilərə qarşı məhkəmə prosesi davam edir", - deyə açıqlamada bildirilir.

Qeyd edək ki, silahlı insident zamanı əksəriyyəti şagirdlər olan 16 nəfər yaralanıb.

Sizi məhv edərik! - Ərdoğan İsrailə AĞIR SÖZLƏR
Son xəbərlərDaha çox