Azedu.az

İmtahanlarda xarici dilin tətbiqi şagirdlərin biliklərində irəliləyiş yaradıb

Dövlət İmtahan Mərkəzi

Təhsil Nazirliyi

10 Aprel 2026, 10:58
İmtahanlarda xarici dilin tətbiqi şagirdlərin biliklərində irəliləyiş yaradıb

“2016-2017-ci illərdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının DİM-ə çevrilməsi zamanı qarşıya yalnız ali təhsil müəssisələrinə qəbul deyil, imtahanların ölçmə mexanizmlərinin təkmilləşdirilməsi də məqsəd kimi qoyulmuşdu. Bu istiqamətdə imtahanların məzmununda da mühüm dəyişikliklər edildi”.

AzEdu.az xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin 10 illik yubileyinə həsr olunmuş “Qiymətləndirmə sistemləri: Etimad, Şəffaflıq və İnnovasiya” mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda çıxışı zamanı elm və təhsil naziri Emin Əmrullayev deyib.

“Açıq tipli sualların imtahanlarda tətbiqi, buraxılış imtahanlarında xarici dil fənninin yer alması və digər yeniliklər bu dəyişikliklərin tərkib hissəsidir. Biz artıq bu dəyişikliklərin nəticələrini görməyə başlamışıq.

Buraxılış imtahanlarında xarici dil fənninin yer alması nəticəsində 2022-2023-cü ildən etibarən şagirdlərin xarici dil biliklərində irəliləyiş müşahidə olunur.

Həmçinin imtahanlarda informatika fənninin tətbiqi şagirdlərin bilik və bacarıqlarında müsbət dəyişikliklərə səbəb olub".

Ərdoğandan Pezeşkiana KRİTİK DƏSTƏK - Hər şeyə hazırıq!
Son xəbərlərDaha çox