Azedu.az

Azərbaycanlı tələbə Oksford Universitetinə qəbul olub - FOTO

Xəbərlər

9 Aprel 2026, 13:43
Azərbaycanlı tələbə Oksford Universitetinə qəbul olub - FOTO

Azərbaycanlı gənc Nərmin Kərimova dünyanın aparıcı ali təhsil müəssisələrindən biri olan Oksford Universitetinin Beynəlxalq Münasibətlər üzrə MPhil proqramına qəbul olub. 

AzEdu.az xəbər verir ki, Nərmin hazırda Azərbaycanın qabaqcıl ali təhsil ocaqlarından biri olan ADA Universitetində “Beynəlxalq tədqiqatlar” ixtisası üzrə təhsil alır və yüksək akademik göstəricilərinı görə xüsusi fərqlənib.

O, həmçinin Berlin Humboldt Universitetində mübadilə proqramı çərçivəsində təhsil alaraq beynəlxalq akademik mühitdə təcrübə qazanıb. 

Bundan əlavə, Nərmin London İqtisadiyyat Məktəbi (LSE) və London Universitet Kolleci (UCL) kimi dünyanın aparıcı universitetlərindən də qəbul təklifi alıb. 

Ən önəmlisi isə Nərmin bu uğurları heç bir konsultasiya və ya qəbul şirkəti ilə əməkdaşlıq etmədən, bütün müraciət və qəbul proseslərini tamamilə özü idarə edərək əldə edib. 

Qeyd edək ki, Nərmin Xarici İşlər Nazirliyində diplomatiya könüllüsü və təcrübəçi kimi fəaliyyət göstərib. Azərbaycanın Almaniyadakı səfirliyində çalışaraq diplomatik təcrübə qazanıb.

SON DƏQİQƏ! Çeçen ordusu İran'a mı girecek? - Şok açıqlama
Son xəbərlərDaha çox