Azedu.az

Daha bir ölkədə uşaqlar üçün sosial şəbəkə qadağası

Maraqlı

29 Mart 2026, 10:04
Daha bir ölkədə uşaqlar üçün sosial şəbəkə qadağası

Avstriya hökuməti 14 yaşına çatmayan şəxslərin sosial şəbəkələrə daxil olmasını məhdudlaşdırmağı planlaşdırır.

AzEdu.az xəbər verir ki, hakimiyyətdə təmsil olunan 3 partiya məsələ ilə bağlı ilkin razılığa gəlib. Qadağada məqsəd uşaqları “cəlbedici alqoritmlərin zərərindən və arzuolunmaz məzmunlardan qorumaqdır”.

Müvafiq qanunun üzərində işə iyul ayında başlanacağı bildirilsə də, tətbiq tarixi hələlik məlum deyil.

Qeyd edək ki, Avstriya ötən dekabrda 16 yaşına çatmayan şəxslərin sosial şəbəkələrə daxil olmasını məhdudlaşdıran ilk ölkə olub.

Biz müharibəyə hazırlaşırıq! - Prezident SƏFƏRBƏRLİK ELAN ETDİ
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox