Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-15 11:22:52
“Azərbaycanda əsasən, bu universitetlər birləşdirilməlidir” – Fazil Mustafadan etirazlara cavab  

“Beş-altı sanballı universitet muxtariyyət əldə edərək keyfiyyətli təhsil verə bilər. 20 ali məktəbin mövcudluğu və ortaya qoyulan təhsilin yetərli səviyyədəolmaması doğru deyil.

Bir-birini təkrarlayan ali məktəblərin birləşdirilməsindən danışdığımız zaman, söhbət daha çox texniki xarakterli universitetlərdən gedir”.

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı millət vəkili Fazil Mustafa deyib. Onun sözlərinə görə, universitetlərin birləşdirilməsi sahəsində ciddi islahatlar aparmaq olar:

“Bir-birini təkrarlayan ali məktəblərin birləşdirilməsindən danışdığımız zaman, söhbət daha çox texniki xarakterli universitetlərdən gedir. Sözügedən sahədə ciddi islahatlar təhsilin effektivliyini müəyyən dərəcədə qaldıra, eyni zamanda, universitetlərin muxtariyyət məsələsini daha tez həll etməyə imkan verə bilər”

Millət vəkili qeyd edib ki, beş-altı sanballı universitet muxtariyyət əldə edərək keyfiyyətli təhsil verə bilər:

“20 ali məktəbin mövcudluğu və ortaya qoyulan təhsilin yetərli səviyyədə olmaması düzgün deyil. Bu istiqamətdə ciddi addımların atılmasına ehtiyac var. Yalnız texniki deyil, humanitar istiqamətlərdə də bir-birini təkrarlayan ali məktəblər var”.

Qeyd dək ki, Fazil Mustafa ötən gün şəxsi feysbuk hesabında bir-birini təkrarlayan ali təhsil ocaqlarının birləşdirilməsini təklif etmişdi.

Xatırladaq ki, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texnologiya Universiteti, Bakı Ali Neft Məktəbi və Bakı Mühəndislik Universitetləri texniki istiqamətlər üzrə kadr hazırlığı həyata keçirir. Bu ali məktəblərlə yanaşı, bir sıra universitetlərdə də texniki ixtisaslara rast gəlinir.

Bakı Slavyan və Azərbaycan Dillər Universiteti də humanitar istiqamətlər üzrə bənzər ali məktəblərdən hesab olunur.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları