Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-07 16:34:13
Coğrafiya müəllimindən  II qrup abituriyentlərinə  şad xəbər – “Bunu etsəniz, çətinlik yaşamazsınız”  

“Dərs ilinin əvvəlindən qəbul proqramı verilməlidir ki, abituriyent vəsaitlərini düzgün seçsin. Digər, məsələ testlərin yeni proqramı tam əhatə etməməsidir.Bu il nəşr olunan test toplusu kurikuluma uyğun yazılsa da, ənənəvi  proqramın  əsasında  tərtib olunub”.

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı Coğrafiya müəllimi  Könül  Mehdiyeva deyib. O, proqramla bağlı problemin  tək Coğrafiya fənninə aid olmadığını qeyd edib:

“Bu narahatlıq ixtisas qruplarının hamısında var. Dərs ilinin əvvəlindən proqram verilməlidir ki, abituriyent vəsaitlərini düzgün seçsin. Digər, məsələ testlərin yeni proqramı tam əhatə etməməsidir. Bu il nəşr olunan test toplusu kurikuluma uyğun yazılsa da, ənənəvi  proqraməsasında tərtib olunub”

Müəllim, abituriyentlərə məsləhət verərək dərsliklərə üstünlük vermələrini tövsiyə edib:

“Bir məsələ də var ki, proqram hər zaman dərsliklər əsasında tərtib olunur. Kurikulum sistemi ilə bağlı bütün dərs vəsaitləri olduğunu nəzərə alsaq, fikrimcə, elə də çətinlik yaranmayacaq. Sadəcə abituriyentlərin çətinliyi situasiya tipli test tapşırıq numunələrinin olmaması ilə bağlı olacaq.

Şagirdlər əsasən, dərs vəsaitlərinə üstünlük versinlər. Çünki dərsliklərdə yeni mövzular  və  məlumatlar yer alır. Çox güman ki, onlarla əlaqəli suallar qəbul imtahanına düşəcək”.

Xatırladaq ki, Dövlət İmtahan Mərkəzi ixtisas qrupları üzrə qəbul proqramının “Abituriyent” jurnalının 1–ci nömrəsində və yanvarda nəşr olunacağını açıqlayıb.

 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları