Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-30 08:50:43
"Ermənilər əsrlərboyu işğalçılıq siyasəti aparıb, torpaqlarımızda günahsız qanlar axıdıblar" - Rektor

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında   1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyinə həsr edilmiş “Ermənistanın Azərbaycana təcavüzünün nəticələri” mövzusunda elmi konfrans keçirilib.

Əvvəlcə şəhidlərin xatirəsi birdəqiqəlik sükutla yad olunub.

AzEDU  xəbər verir ki, tədbirdə DİA-nın rektoru, akademik Urxan Ələkbərov məkrli ermənilərin əsrlərboyu işğalçılıq siyasəti apardıqlarını, torpaqlarımızda günahsız qanlar axıtdıqlarını diqqətə çatdırıb.

1918-ci ilin mart-aprel aylarında bədnam düşmənin Bakıda, Şamaxıda, Qubada, ölkəmizin digər şəhər və rayonlarında törətdiyi vəhşiliklərdən danışan rektor bildirib ki, ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı aktı tariximizin qanlı səhifəsidir.

Akademik U.Ələkbərov ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə bu qanlı faciəyə siyasi və hüquqi qiymət verildiyini xatırladıb.

Professor Elçin Əhmədov və digər çıxış edənlər ermənilər tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı hadisələrindən bəhs edib, düşmənin çirkin niyyətindən əl çəkmədiyini bildiriblər.