Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-30 08:34:09
Qəzaya düşən müəllim iflic oldu

Xəbər verdiyimiz kimi, Yevlaxda şagirdləri daşıyan "Vito" markalı mikroavtobusun toxuculuq müəssisəsi yaxınlığında "QAZ-53" markalı avomobillə toqquşması nəticəsində ağır xəsarət alan müəllim Əntiqə Qoşqarlı Respublika Neyrocərrahiyə Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişdi.

AzEdu xəbər verir ki, Respublika Neyrocərrahiyə Xəstəxanasının neyro-cərrahı Azər Zeynalovun Unikal.org-a verdiyi məlumata görə komadan çıxan müəllim iflic olub:

"Xəstə komadan çıxıb, huşu özündədir, danışır, yazmağa başlayıb. Aldığı travma ilə bağlı xanımın sol tərəfi işləmir. O, sol əl və ayağını işlədə bilmir. Onun bu vəziyyətə düşməsi beynindəki zədə ilə əlaqəlidir. Hazırda Əntiqə Cabbarlı bərpa müalicəsinə başlayıb. Bərpa müalicəsi bitdikdən sonra müəllim xəstəxanadan evə buraxılacaq”.