İrlandiyada 20 yaşlı tələbə uçurum kənarında selfi çəkən zaman yıxılaraq ölüb.
AzEdu.az xəbər verir ki, gənc Kler qraflığının Moxer uçurumundan yıxılıb.
Şahidlərin sözlərinə görə, o əlində telefon ilə sürüşərək uçuruma düşüb. Polis ölən şəxsin Dublində təhsil alan Hindistan vətəndaşı olduğunu müəyyən edib.
Qeyd edək ki, uçurumun hündürlüyü 120- 214 metrdir.