Azedu.az

Cüdo üzrə yeniyetmələr arasında Azərbaycan birinciliyi keçiriləcək

AzEdu Təhsil Platforması

16 Dekabr 2025, 15:34
Cüdo üzrə yeniyetmələr arasında Azərbaycan birinciliyi keçiriləcək

Cüdo üzrə 17 yaşadək yeniyetmələr arasında Azərbaycan birinciliyi keçiriləcək.

AzEdu.az xəbər verir ki, Abşeron Olimpiya İdman Kompleksində baş tutacaq turnirdə 88 klub və idman cəmiyyətindən 495 cüdoçu (350 oğlan, 145 qız) ümumilikdə 16 çəki dərəcəsində mübarizə aparacaq.

Dekabrın 18–20-də fərdi mübarizə, 21-də isə komandalararası yarış baş tutacaq.

Qeyd edək ki, görüşlər hər gün saat 11:00-da start götürəcək.

Paşinyan yenə coşdu - Mafianı bitirdim!
SORĞU
İxtisas seçimində ilk sıraya hansı universiteti yazmısınız?
Səs ver
Son xəbərlərDaha çox