Azedu.az

Alimlərdən növbəti günlər üçün maqnit qasırğası PROQNOZU

Xəbərlər

16 Dekabr 2025, 08:56
Alimlərdən növbəti günlər üçün maqnit qasırğası PROQNOZU

Dekabrın 17-si və 18-də Günəşdə partlayış aktivliyinin sıfıra enməsi gözlənilir. Lakin buna baxmayaraq, Yerdə maqnit qasırğaları müşahidə oluna bilər.

AzEdu.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.

Mütəxəssislərin fikrincə, çərşənbə və ya cümə axşamı Günəş küləyinin axını Yerə yaxınlaşa bilər.

Alimlər xatırladıblar ki, Günəş küləyinin Yerə əvvəlki təsiri birinci səviyyəli G1 qasırğasına səbəb olmuşdu. Odur ki, bu dəfə də analoji və ya daha güclü qasırğa ehtimalı mövcuddur.

Rusiyada DƏHŞƏTLİ ANLAR yaşanır - Ukrayna bu yerləri bombalayır
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox