Azedu.az

Gələn il Qarabağ Universitetində yeni ixtisaslar yaradılacaq

Xəbərlər

15 Dekabr 2025, 22:46
Gələn il Qarabağ Universitetində yeni ixtisaslar yaradılacaq

“Növbəti ildə Qarabağ Universitetinə 1200-1500 tələbənin qəbulu planlaşdırılır. Yeni ixtisaslar və yeni fakültələr açılacaq. Sonrakı mərhələdə müəllimlik ixtisaslarının sayı artırıla bilər. Eyni zamanda, kompüter elmləri, informasiya texnologiyaları və digər sahələr üzrə ixtisasların da açılması nəzərdə tutulur”.

 

AzEdu.az xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev REAL TV-də yayımlanan "Vacib Sual" verlişində səsləndirib. 

 

O bildirib ki, artıq beynəlxalq proqramların da həyata keçirilməsi planlaşdırılır və əcnəbi tələbələrin qəbulu gözlənilir: “Peşə məktəbləri ilə bağlı da planlarımız var. Qarabağ Universiteti ilə əlaqədar olaraq bir neçə binanın tikintisi artıq başa çatıb və istifadəyə veriləcək. Şuşa şəhərində universitetin Musiqi və incəsənət fakültəsinin də yerləşdirilməsi də planlaşdırılır. Bununla yanaşı, Şuşada peşə məktəblərinin fəaliyyətə başlaması üüçün işlər davam edir”.

 

Nazir qeyd edib ki, bəzi kəndlərdə də məktəblərin açılması planlaşdırılır. Növbəti illərdə onlarla kənd və qəsəbədə məktəblərin açılışı gözlənilir: “Bu proses əvvəllər daha çox infrastruktur mərhələsində idi. Amma indi böyük köç prosesi daha da sürətlənəcək. Çünki yollar, infrastruktur, kommunal sistemlər qurulduqca yaşayış məntəqələrinin bərpası və tikintisi də sürətlənəcək. Bu isə o deməkdir ki, məktəb və təhsil infrastrukturu da paralel olaraq genişlənəcək ”.

Rusiyada DƏHŞƏTLİ ANLAR yaşanır - Ukrayna bu yerləri bombalayır
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox