Azedu.az

Məktəbli çantalarını yükləyən Nazirlik deyil - Emin Əmrullayev

Xəbərlər

15 Dekabr 2025, 21:18
Məktəbli çantalarını yükləyən Nazirlik deyil - Emin Əmrullayev

Məktəbli çantalarının ağırlıq problemi var, dərs vəsaitlərindən kənar əşyalar da çantaya qoyulanda belə hallar yaranır.

 

AzEdu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Real TV"yə müsahibəsində deyib.

 

Onun fikrincə, çantanın ağırlıq probleminin necə aradan qaldırılması ilə bağlı sual da yalnız Elm və Təhsil nazirliyinə ünvanlanmalı deyil. Çünki həmin çantanı yükləyən tərəf nazirlik deyil:

 

"Bizim edəcə biləcəyimiz o olub ki, əvvəl dərsliklər birillik hazırlanırdısa, hazırda yarımillikdir. İbtidai sinif səviyyəsində bir dərsliyin çəkisi 270-300 qram arasında dəyişir. Bu problem hər birimizin problemidirsə, hər birimiz həll etməliyik".

Rusiyada DƏHŞƏTLİ ANLAR yaşanır - Ukrayna bu yerləri bombalayır
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox