Azedu.az

Tam ştatlı müəllim modeli ilə bağlı vacib açıqlama

Xəbərlər

15 Dekabr 2025, 21:33
Tam ştatlı müəllim modeli ilə bağlı vacib açıqlama

“Tədris ilinin əvvəlində müəllimlərin rotasiyası ilə bağlı təşəbbüsə qoşulan məktəb olmayıb”. 

 

AzEdu.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu “Azərbaycan müəllimi”nə açıqlamasında deyib.

 

Onun sözlərinə görə, bu qərarı məktəb səviyyəsində direktorlar verməli idi: “Təklif edirdik ki, məktəbdə bir neçə riyaziyyat müəllimi varsa, şərti olaraq yerlərini dəyişsinlər. Direktorlar təşəbbüs göstərsəydi, şagirdlər daha savadlı müəllimlərdən öyrənmək imkanı qazana, yeni müəllimlər daha təcrübəli müəllimlərdən öyrənə bilərdilər. Müəllimlər arasında həmkar dəstəyi formalaşardı”.

 

Vəfa Yaqublunun fikrincə, bu ideya elm və təhsil naziri Emin Əmrullayevin təklif etdiyi tam ştatlı müəllim modeli çərçivəsində daha rahat reallaşacaq:

 

“Bu zaman müəllimlərin maaşı onların dərs dediyi saata yox, məktəbdəki fəaliyyətlərinə bağlı olacaq. Şərti olaraq “A sinfinə riyaziyyat fənnini Nigar xanım deyir”, – məsələsi aradan qalxacaq. O məktəbdə işləyən bütün riyaziyyat müəllimləri həm bir sinfin dərsini əvəz edə, həm də cüt, hətta üçlükdə bir sinifdə eyni zamanda dərs keçə bilərlər. Nəticədə bu, dərsin keyfiyyətinin artırılmasına gətirib çıxaracaq”.

Rusiyada DƏHŞƏTLİ ANLAR yaşanır - Ukrayna bu yerləri bombalayır
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox