Azedu.az

Ədliyyə nazirinin müavinləri harada təhsil alıblar?

Xəbərlər

15 Dekabr 2025, 14:39
Ədliyyə nazirinin müavinləri harada təhsil alıblar?

Ədliyyə Nazirliyi ölkədə hüquqi siyasətin formalaşdırılmasını və həyata keçirilməsini təmin edən, qanunçuluğun möhkəmləndirilməsində mühüm rol oynayan əsas dövlət qurumlarından biridir. Bu qurumda qəbul edilən qərarların effektivliyi isə birbaşa rəhbər heyətin peşəkarlığı və hüquqi bilik səviyyəsindən asılıdır.

Nazir müavinlərinin təhsil yolu, ixtisaslaşma sahələri və akademik hazırlığı onların hüquq sistemində həyata keçirdikləri islahatların mahiyyətini düzgün dəyərləndirməyə imkan verir.

AzEdu.az Təhsil Portalı nazir müavinlərinin təhsil həyatını araşdırır, onların professional hazırlığı barədə ümumi mənzərəni ictimaiyyətə təqdim edir.

Bu yazıda ədliyyə naziri Fərid Əhmədovun müavinləri- Abiddin Hüseynov, Mübariz Əhmədov, Toğrul Hüseynov, Eldar Nuriyev və Mirsaleh Seyidovun təhsil yolu və akademik fəaliyyətləri barədə məlumat hazırlanıb.

174368

Abiddin Qabil oğlu Hüseynov 1977-ci ildə Neftçala rayonunda anadan olmuşdur.

1997-ci ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun Politologiya fakültəsinin bakalavr pilləsini, 1999-cu ildə həmin fakültənin magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. 

2003-cü ildə Rusiya Federasiyası Ədliyyə Nazirliyinin Rusiya Hüquq Akademiyasının hüquq fakütəsini ikinci ali təhsil üzrə başa vurmuşdur. 

Cenevrə (Graduate Institute of International and Development Studies), Ankara (Türkiyə Ədliyyə Akademiyası), Paris (Ecole Nationale de la Magistrature) və Berlin (GTZ/GİZ) şəhərlərində dövlət qulluqçuları və hakimlər üçün nəzərdə tutulmuş ixtisasartırma və təlimçilərin hazırlanması proqramlarında iştirak etmişdir. 

174369

Mübariz Hüseyn oğlu Əhmədov 1980-ci ildə Bakı şəhərində anadan olmuşdur. 

1996-2002-ci illərdə təhsil aldığı Bakı Dövlət Universitetini Hüquqşünaslıq ixtisası üzrə bakalavr və magistr pillələrini fərqlənmə diplomları ilə bitirmişdir. 

174370

Toğrul Aydın oğlu Hüseynov 1986-cı ildə Bakı şəhərində anadan olmuşdur. 

2007-ci ildə Bakı Dövlət Universitetinin Hüquqşünaslıq ixtisası üzrə bakalavr, 2010-cu ildə magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. 

2022-ci ildə Amerika Birləşmiş Ştatlarının Missuri Universitetində Dövlət idarəetməsi üzrə magistr dərəcəsinə yiyələnmişdir. 

2024-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə magistr təhsili almışdır. Həmçinin Harvard Biznes Məktəbində davamlı biznes strategiyaları üzrə əlavə ixtisaslaşmışdır. 

 

174371

Eldar Qasım oğlu Nuriyev 1955-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. 

1978-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir.

174372

Mirsaleh Miradil oğlu Seyidov 1977-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur.

1998-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bakalavr, 2002-ci ildə isə magistr pillələrini fərqlənmə diplomları ilə bitirib.

Rusiyada DƏHŞƏTLİ ANLAR yaşanır - Ukrayna bu yerləri bombalayır
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox