Azedu.az

Heç kəsi dini biliklərinə görə imtahan etmək olmaz - Anar İsgəndərov

Xəbərlər

15 Dekabr 2025, 10:49
Heç kəsi dini biliklərinə görə imtahan etmək olmaz - Anar İsgəndərov

“Biz elə bir anlayışı öyrənməliyik ki, o bizim həyatımızın bir hissəsi olsun”.

AzEdu.az xəbər verir ki, bu sözləri Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, deputat Anar İsgəndərov Elm və Təhsil Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən “Dini düşüncə mədəniyyəti: pedaqoji perspektivlər” mövzusunda konfransda çıxışı zamanı qeyd edib.

“Dini düşüncəyə görə heç kəsi imtahan etmək olmaz. Amma baxmaq lazımdır ki, dini kim, necə təbliğ edir və nəyi öyrədir. Din adamı nümunə olmalıdır, dindar nümunə olmalıdır, din müəllimi isə davranışı ilə göstərməlidir ki, insanlar baxıb nəticə çıxarsınlar.

Ən azı bu mənada belə bir fikri vurğulamaq istəyirəm ki, bu gün Azərbaycan məktəbinin, Azərbaycan müəlliminin bu konfranslar qarşısında məqsəd qoymasına çox böyük ehtiyac var. Doğrudan da bu, güclü və böyük ehtiyacdır”.

Rusiyada DƏHŞƏTLİ ANLAR yaşanır - Ukrayna bu yerləri bombalayır
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox