Azedu.az

Dini düzgün təqdim etməliyik, məcburi təbliğ doğru deyil

Xəbərlər

15 Dekabr 2025, 10:38
Dini düzgün təqdim etməliyik, məcburi təbliğ doğru deyil

“Təhsil prosesində bilik və bacarıqlarla yanaşı, milli-mənəvi dəyərlərimiz də gənclərimizə aşılamalıdır”.

AzEdu.az xəbər verir ki, bu sözləri Elm və təhsil naziri müavini Firudin Qurbanov Elm və Təhsil Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən “Dini düşüncə mədəniyyəti: pedaqoji perspektivlər” mövzusunda konfransda çıxışı zamanı qeyd edib.

“Bu prosesdə dini-mədəni dəyərlərin də xüsusi təhlükələri vardır. Məlumdur ki, təsir dünyanı dərk və inkişaf üçün üç əsas yol mövcuddur: elm, incəsənət və din. Bu baxımdan dini düzgün şəkildə təqdim etmək olduqca vacibdir. Onu məcburi şəkildə təbliğ etmək isə doğru hesab edilmir.

Təəssüf ki, müasir texnologiyalarda təqdim olunan bəzi məhsullar bu incə məqamları işıqlandırır. Bu, müasir reallıqdır və biz bunu qloballaşma adlandırırıq. Müasir texnologiya bir tərəfdən insan kapitalının formalaşmasına təsir göstərir, digər tərəfi isə onların düzgün və məqsədyönlü şəkildə istifadəsi üçün xüsusi diqqət tələb edir”.

Rusiyada DƏHŞƏTLİ ANLAR yaşanır - Ukrayna bu yerləri bombalayır
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox