Azedu.az

"ChatGPT" uşaqlara hansı təhlükələr yaradır? - VİDEO

Xəbərlər

15 Dekabr 2025, 08:54
"ChatGPT" uşaqlara hansı təhlükələr yaradır? - VİDEO

Bir sual verirsən, dərhal ətraflı izah edir və uzun bir cavab verir... Nə əlavə araşdırmağa ehtiyac qalır, nə də əlavə vaxt gedir.

AzEdu.az Xəzər TV-yə istinadən xəbər verir ki, söhbət hər sahəyə sirayət edən süni intellektdən - daha dəqiq desək, "ChatGPT"dən gedir.

İşimizi asanlaşdırdığı doğrudur, amma uşaqların süni intellektdən istifadəsi düzgündürmü? Hazırda məktəbli uşaqların çoxu araşdırmaq, oxumaq, fikirləşmək istəmirlər. Çünki bütün bunları "ChatGPT" edir.

Məktəblilərin etdiyi etiraflar onu göstərir ki, uşaqların evdə süni intellektdən istifadəsi nəzarətsiz qalır.

Təhsil ekspertləri deyirlər ki, süni intellekt tədris prosesinə köməkçi vasitə kimi inteqrasiya olunmalıdır, tam əvəzləyici kimi yox.

Bir sözlə, əgər valideynlər uşaqların süni intellektdən istifadəsinə nəzarət etməsələr, yeni nəsil analitik düşünmək, yaradıcı yazmaq və problemi həll etmək qabiliyyətini itirə bilər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Rusiyada DƏHŞƏTLİ ANLAR yaşanır - Ukrayna bu yerləri bombalayır
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox