Azedu.az

Bakının bəzi ərazilərinə qar yağır

Xəbərlər

14 Dekabr 2025, 10:02
Bakının bəzi ərazilərinə qar yağır

Milli Hidrometeorologiya Xidmətinin dekabrın 14-ü saat 9:00-a olan məlumatına əsasən, ölkə ərazisinin əksər yerlərində küləkli və yağıntılı hava şəraiti davam edir.

Xidmətdən AzEdu.az-a verilən məlumata görə, bir sıra bölgələrdə qar, Bakıda və Abşeron yarımadasının bəzi ərazilərində isə sulu qar və qar yağır.

Bildirilib ki, yağan qarın hündürlüyü Altıağacda 13, Lazada (Qusar) 10, Xaltanda 8, Şabranda 4, Qubada 3, Qobustan, Kəlbəcər, Laçın, Qax, Şahdağ, Qubadlıda 1 sm-dir.

Düşən yağıntının miqdarı Xaçmazda 9, Şahbuz, Qobustan, Lənkəran, Astara, Şəki, Oğuz, Kürdəmir, Yardımlı, Lerik və Cəlilabadda 1 mm-dir.

Bir sıra ərazilərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti arabir Bakıda və Abşeron yarımadasında 28, Mingəçevirdə 26, Neftçalada 20, Gədəbəydə 16 m/s-yə çatır.

Rusiyada DƏHŞƏTLİ ANLAR yaşanır - Ukrayna bu yerləri bombalayır
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox