Son 24 saat ərzində Günəşdən böyük protuberans ayrılıb.
AzEdu.az bildirir ki, bu barədə məlumat Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının "Telegram" kanalında yer alıb.
"Günəşin kənarında əmələ gələn, iç-içə keçmiş maddə və maqnit sahələri düyününü tamamilə açmaq üçün ulduzun təxminən 24 saat vaxtı getdi", - deyə məlumatda vurğulanıb.
Qeyd edilib ki, bu hadisə 3I/ATLAS kosmik obyekti ilə əlaqəli deyil və Yerə də təsir göstərməyəcək.