Böyük Britaniyada məktəblər ciddi maliyyə problemləri ilə qarşı-qarşıyadır. Xarici mediada yayılan məlumatlara görə, ölkədə müəllim çatışmazlığı və doğum səviyyəsinin azalması səbəbindən bəzi yeni xüsusi məktəb layihələrinin ləğv edilməsi gündəmdədir.
AzEdu.az xarici mediyaya istinadən xəbər verir ki, şagird sayının azalması məktəblərin maliyyə dayanıqlığını zəiflədir, müəllim çatışmazlığı isə tədrisin keyfiyyətinə mənfi təsir göstərir. Bu amillər yeni məktəblərin açılmasını iqtisadi baxımdan məqsədəuyğun etmir.
Qeyd olunur ki, mövcud vəziyyət hökuməti təhsil xərclərinə yenidən baxmağa və məktəblərin maliyyələşdirilməsi ilə bağlı alternativ mexanizmlər üzərində düşünməyə vadar edir. Təhsil sahəsindəki bu çətinliklərin yaxın dövrdə hansı qərarlarla tənzimlənəcəyi isə hələlik açıq qalır.