https://www.zirve.edu.az/
04.01.2019 12:30
I siniflərdə ləğv edilən summativ qiymətləndirməni nə  əvəzləyəcək? – Rəsmi  

“Summativlərdə əsas dəyişiklik onların sayının azaldılması ilə bağlıdır. I sinifdə summativ qiymətləndirilmə aparılmayacaq. Müəllim formativ qiymətləndirməyə üstünlük verəcək. Bu, şagirdin psixoloji durumuna müsbət təsir edəcək dəyişiklikdir”.

AzEdu.az xəbər verir ki, bu sözləri Təhsil Nazirliyinin şöbə müdiri Emin Əmrullayev mətbuat konfransında jurnalistlərə açıqlaması zamanı deyib. Onun sözlərinə görə, bu yeni üsul  təhsilalanların attestasiyadır:

“Bəzi qurumlar bunu müəllimlərin attestasiyası kimi qələmə verirlər. Lakin ümumi məqsəd  şagirdlərin  imtahan yükünü aşağı salmaq və qeyri-müəyyənlikləri qaydasına qoymaqdır.

Diaqnostik, formativ, summativ qiymətləndirmə aparılır.

Summativlərdə əsas dəyişiklik onların sayının azaldılması ilə bağlıdır. I  sinifdə summativ qiymətləndirilmə aparılmayacaq. Müəllim formativ qiymətləndirməyə üstünlük verəcək. Bu, şagirdin psixoloji durumuna müsbət təsir edəcək dəyişiklikdir.

KSQ müəllimin bölmə sonunda apardığı qiymətləndirmədir. BSQ isə yalnız yarımildə, komissiya tərəfindən aparılır. Əvvəllər isə şagird bütün fənlər üzrə summativ qiymətləndirməyə cəlb olunurdu.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları