Azedu.az

Sertifikasiya: ikinci mərhələdə hansı yeniliklər olacaq? - VİDEO

Xəbərlər

13 Dekabr 2025, 11:48
Sertifikasiya: ikinci mərhələdə hansı yeniliklər olacaq? - VİDEO

"Növbəti illərdə sertifikasiya imtahanlarında gözləmədiyimiz dəyişikliklər ola bilər"

Bu sözləri AzEdu.az-ın "TəhsilSiz" verlişində təhsil tədqiqatçısı Elmin Nuri söyləyib.

"Növbəti beşillik sertifikasiyada sualların qəliz olacağını düşünmürəm. Çünki hər bir proses mərhələ-mərhələ baş verir. Sertifikasiyanın birinci ilində bəzi texniki və təşkilati problemlər var idi ki, bunlar aradan qaldırıldı. Sualların təqdimetmə mexanizmlərindəki yanlışlıqlar düzəldildi, lakin sualların ağırlıq dərəcəsinə heç bir halda toxunulmadı.

Fikrimcə, ikinci beşillik sertifikasiyada daha çox sertifikasiyanın qaydaları üzrə işlər aparılacaq. Bunlara təşkilati, texniki məsələlər, hətta balların hesablanması və ya maaşın başqa variantlarla müəyyənləşdirilməsi də daxil ola bilər. Məsələn, müəllimin maaşı yalnız 31 baldan yuxarı nəticə əldə etdikdə 10 faiz artırılması, başqa bir bal intervalı üzrə hesablana bilmər. Yəni fikrimcə, gözləmədiyimiz dəyişikliklər ola bilər.

Bir daha qeyd edirəm ki, sualların səviyyəsində dəyişiklik olacağını düşünmürəm. Növbəti sertifikasiya imtahanından kəsilən müəllimlərin sayı da indiki qədər olmayacaq, daha az olacaq. Çünki müəllimlər artıq bu mərhələlərdən keçib, adaptasiya olublar. Beyin həmin təcrübəni özündə saxlayır. Buna görə də bir çox fənn müəllimlərində sertifikasiya imtahanından kəsilmə halları azalacaq".

Verlişi ətraflı izləyə bilərsiz:

 

Rusiyada DƏHŞƏTLİ ANLAR yaşanır - Ukrayna bu yerləri bombalayır
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox