Azedu.az

İbtidai sinif üçün vəsaitdə TÜKÜRPƏDƏN TAPŞIRIQ

Xəbərlər

10 Dekabr 2025, 16:28
İbtidai sinif üçün vəsaitdə TÜKÜRPƏDƏN TAPŞIRIQ

"Bir işıq" adlı dərs vəsaitində testlərdən biri narazılığa səbəb olub.

AzEdu.az Oxu.az-a istinadən xəbər verir ki,  çox sayda müəllim bu vəsaitdən istifadə edərək şagirdləri 2-ci sinif üzrə kiçik summativ qiymətləndirməyə (KSQ) hazırlayır.

Narazılığa səbəb olan tapşırığın şərtində "Atam həyətdə … doğrayır" cümləsindəki üç nöqtənin yerini variant kimi verilmiş "odun" və "adam" sözlərindən biri ilə doldurmaq tələb olunur.

"Adam" variantı şagirdlərin şüuraltında qatil psixologiyasını formalaşdırmağa yaradığı üçün valideynlər bu tapşırığı birmənalı qarşılamayıblar. Bəs görəsən, Azərbaycan dilində başqa söz yoxdurmu? Niyə məhz "adam"?

Sözügedən test tapşırığının 114 saylı məktəbdə 1-ci sinif şagirdlərinə təqdim olunduğu bildirilir. Lakin bu vəsaiti çox sayda müəllim istifadə etdiyi üçün söhbətin geniş arealı əhatə etdiyi məlum olur.

Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti qurumlara sorğu ünvanlanıb.

İbtidai sinif üçün vəsaitdə TÜKÜRPƏDƏN TAPŞIRIQ: Atam həyətdə adam doğrayır

Sertifikasiyanın ikinci mərhələsində müəllimləri YENİLİK gözləyir…
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox