Azedu.az

Yerin atmosferi özünü təmizlənməyə başlayıb

Araşdırma

Müəllimlər və elm adamları

2 Fevral 2025, 10:19
Yerin atmosferi özünü təmizlənməyə başlayıb

Yeni Zelandiyanın Milli Su və Atmosfer Tədqiqatları İnstitutundan bir qrup alimin araşdırması nəticəsində məlum olub ki, Yerin atmosferi tərkibindən müxtəlif çirkləndiriciləri daha effektiv şəkildə çıxarmağa başlayıb.

AzEdu.az xəbər verir ki, bu barədə tədqiqat "Nature Communications" (NatComms) elmi jurnalında dərc olunub.

Son 33 ildə aparılan araşdırmanın nəticəsi göstərib ki, Cənub yarımkürəsində atmosferin özünü təmizləmə qabiliyyəti əhəmiyyətli dərəcədə artıb.

Yeni Zelandiyada 14CO konsentrasiyası hər il 12%, Antarktidada isə yay aylarında 43% azalıb. Bu da öz növbəsində atmosferin oksidləşmə qabiliyyətinin artdığını göstərir.

Azərbaycanla sülh müqaviləsinin mətnini razılaşdırdıq
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox