Azedu.az

AMEA doktorantura təhsili haqqında əsasnamənin yenilənməsi üçün təkliflər hazırlayacaq

AMEA

27 Dekabr 2024, 17:10
AMEA doktorantura təhsili haqqında əsasnamənin yenilənməsi üçün təkliflər hazırlayacaq

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) tərəfindən doktorantura təhsili haqqında əsasnamənin yenilənməsi üçün təkliflər hazırlanacaq.

AzEdu.az xəbər verir ki, bunu AMEA rəhbəri, akademik İsa Həbibbəyli Rəyasət Heyətinin növbəti iclasında deyib.

O qeyd edib ki, doktorantlara qarşı diqqət və qayğı daha da artırılmalı, institut rəhbərləri və şöbə müdirləri tərəfindən elmi məqalələrin nəşrində və digər təşkilati işlərdə bütün zəruri dəstək verilməlidir.

AMEA rəhbəri qarşıdakı hədəflər sırasında doktorantura təhsili haqqında əsasnamənin yenilənməsi üçün təkliflərin hazırlanması, doktorantura təhsilinin dünya təcrübəsinə uyğunlaşdırılması olduğunu bildirib.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox