Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-19 20:40:00
Təhsil işçiləri zərərli vərdişlərlə mübarizəyə dair təlimə cəlb edilib

Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə 6 nömrəli məktəb-liseydə təlimçilər üçün təlim keçirilib.  Təhsil Nazirliyindən AzEdu.az-a bildiriblər ki, təlim “Təhsilalanlar arasında narkotik vasitələrin istifadəsi ilə mübarizənin və insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması” mövzusuna həsr olunub. Təlimlərə uşaq-gənclər idman məktəblərindən ümumilikdə 70 nəfər cəlb edilib.

Təlimlər sağlam həyat tərzi üzrə təbliğat kampaniyasının təşkili, təhsil müəssisələrində çalışan pedaqoji işçilərin zərərli vərdişlərlə mübarizə barədə maarifləndirilməsi və biliklərinin artırılması məqsədilə təşkil olunub.

 

Təlimlər təhsildə psixososial xidmətin təşkili, yoluxucu xəstəliklər, stressin növləri və aradan qaldırılması, böhranlı vəziyyətlərdə psixoloji reaksiya və ilkin psixoloji yardım, məişət zorakılığı zamanı ilkin yardım alqoritmləri və digər mövzuları əhatə edib.