XƏBƏRLƏR

18.03.2018 07:28
Çin alimləri süni ürək yaratdı

Çində roket texnologiyası ilə süni ürək yaradılıb.

AzEdu.az xəbər verir ki, Çin Komunist Partiyasının rəsmi orqanı olan Global Times qəzetində çıxan rəsmi məlumata görə, süni ürək Çin Kosmik  və Texnologiya Şirkəti (CASC) nəznində fəaliyyət göstərən Çin Roket  Texnologiyası Akademiyası və Tiencin Teda Beynalxalq Kardiologiya  xəstəxanasının ortaq işə nəticəsində yaradılıb.  Ürəkdə istifadə olunan roket texnologiyasının təsiri nəticəsində ürək damarları daha az zərər görəcək.

Enerji qaynağına bağlı olacaq ürək əlavə güc aldığına görə uzun ömürlü olacaq və “kosmik ürək”  adlandırılan həmin qəlb əvvəlcə heyvanlar üzərində tətbiq olunacaq.

Qeyd edək ki, süni qəlbdən ürək nəqlinin mümkün olmadığı xəstələr üçün istifadə olunur və digər süni qəlbələrə müqayisədə 152 min dollardan daha ucuz olacağı gözlənilir.

Nəzrin Rüstəmova

İlin gənc müəllimi-Müraciət formu