XƏBƏRLƏR

30.05.2018 11:16
Müəllimlərin diaqnostik qiymətləndirilməsində ən yüksək bal topladı     

29 may tarixində müəllimlərin diaqnostik qiymətləndirilməsi keçirilib. 

AzEdu.az -ın məlumatına görə, imtahanlarda riyaziyyat, musiqi, alman dili, fransız dili müəllimləri və gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri iştirak edib.

Dünənki diaqnostik qiymətləndirilmədə bir nəfər ən yüksək bal - 60 bal toplayıb.

Bu, Bakı şəhəri 187 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Babayeva Vəfa Osman qızıdır.

İlin gənc müəllimi-Müraciət formu